"Eurovision-2021" mahnı müsabiqəsi harada keçiriləcək?
Avropa Yayım Birliyi "Eurovision" Beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib. DİASPOR.İNFO-nun məlumatına görə, bu barədə "Europe Shine A Light" xüsusi şousu zamanı xəbər verilib. Daha sonra yayımçılar "Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021." loqotipi ilə videoçarxı nümayiş etdiriblər. Xatırladaq ki, martın 18-də "Avroviziya 2020"nin (müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi) koronavirus pandemiyası (COVID-19) səbəbindən ləğv olunduğu elan edilmişdi. Daha sonra təşkilatçılar bildirdilər ki, iştirakçı ölkələr istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini əvəz edə və ya saxlaya bilərlər, lakin onlar artıq yeni kompozisiyalarla çıxış etməlidirlər.