Cənab Prezidentin vaxtında verdiyi qərar və göstərişlər dövlət qurumlarının xalq üçün çalışdığının hər birimiz şahidi olduq.
Diaspor.info saytı Azərbaycan Respublikaçılar Partiyasının sədr müavini Vasif Ismayilovdan müsahibə alıb. Vasif müəllimin müsahibəsini olduğu kimi oxucularımıza təqdim edirik.
Mən əvvala Azərbaycan vətəndaşı olaraq Azərbaycan Respublikacilar Partiyasının beynəlxalq əlaqələr uzrə sedr müavini öz adımdan və partiya sədri cənab Sübut Əsədov adından respublikada son aylarda baş verənləri paylaşmağı özümə borc bilirəm. Bu gün dünyada ve Azərbaycanda üsyan edən dəhşətli virusdan hamının xəbəri var . Hər kəsə məlum olduğu kimi Covid 19 adlı koronovirus pandemiyası dünyanı lərzəyə gətirərək Azərbaycanda yan keçməmişdir. Bu virusa millionlarla yoluxanların və milionlarla dünyasını dəyişənlər haqqında eşidərək her birimiz dəhşətə gəlirdik və her birimiz dualarımızla və əməllərimizlə bu bəladan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edib özümüzü və yaxınlarımızı qorumağa çalışırdıq.
Böyük hərflə qeyd etmək lazımdır ki ölkə rəhbərliyinin səyi nəticəsində bilavasitə Azərbaycan respublikası prezidenti ali baş komandan cənab İlham Əliyevin zəhmətini əsasən vurğulamağı özümüzə borc bilirik . Məhz cənab prezidentin rəhbərliyi altında və düzgün göstərişləri nəticəsində vaxtında, koronovirusa yoluxmuş ölkələrlə hava və quru sərhədlərin bağlanması haqqında qərar, operativ qərargahın yaradılması və vaxtında karantin rejimini tədbiqi nəticəsində xalqımız bu bəladan minimum yoluxmalarla və minimun dünyasını dəyişənlərlə üzləşdi. Dünya içtimayyəti və beynəlxalq səhiyyə təşkilatı Azərbaycan hökümətinin vaxtında və düzgün qərarlarla öz xalqını bəladan qoruyaraq və qayğı göstərməklə dünya üçün nümunə göstərmişdilər . Respublikamızın prezidenti cənab İlham Əliyevin xalqa göstərdiyi qayğıya görə öz adımdan və yaxınlarımın adından dərin minnətdarlığımı bildirirəm . Cənab prezidentin vaxtında verdiyi qərar və göstərişlər dövlət qurumlarının xalq üçün çalışdığının hər birimiz şahidi olduq. Xüsusi ilə vurğulamaq istərdim Daxili işlər nazirliyinin bütün bölmə ,idarələrin və hissələrin polis əməkdaşlarının və daxili qoşunların hərbiçilərin xalqımız ücün yorulmadan çalışan polis bacı ve qardaşlarımıza təşəkkür edirik. Səhiyyə işçilərini xüsusi qeyd edək . Həkimlərimiz və səhiyyə işçilərimiz dayanmadan bizlər üçün çalışırlar.
Bu böyük qələbədir. Bu qələbədə gözə görsənməyən bir bəla üzərində idi ve bizi bu qələbəyə gətirən böyük və müdrik liderimiz cənab Ilham Əliyevdir.
Son günlərdə ölkəmizdə aparilan islahatlarla bagli bir neçe cümlə deyərdim. Korrupsiya ve rüşvətxorluga qarsşı mübarizə həmişə gündəmdə olan məsələdir. Dövlətimizin başçısı bütün çıxışlarında bu xoşa gəlməz hala son qoyulması üçün tapşırıqlar verir, tədbirlər görür müvafiq qərarlar qəbul edir.
Azərbaycan Respublikasi prokurorluğunun korrupsiyaya garşi mübarizə idarəsinin rəisi baş prokuror vəzifəsinə təyin edilməsi bu yolda uğurlu addımlamaga bilavasitə sübutdur.
Möhtərəm Prezident bu günlərdə Kəlbəcər rayon icra hakimiyyəti başçısına 34 yaşlı Azər Qocayevi təyin etməsi ona boyük etimad göstərməsi cənab prezidentin vurğuladigi gənclər haqqında fikirle davam etmək istəyirəm .
Hesab edirem ki, bu düzgün addımdır . Çünki gənclər cəmiyyətimizin mütləq əksəriyyəti milli ruhda , vətənpərvərlik ruhunda tərbiyyə alıb və gün ölkəmizin hərtərəfli inkişaf üçün öz bildiklərini ortaya qoymağa hazırdılar.
Sosial ədalət prinsipləri üstünlük təşkil etməlidir. Ədalət hər bir saglam cəmiyyətdə aparıcı ideya , aparıcı tezis olmalıdir. Çunki ədalətsizlik insanı incidir , ədalət insana inam gətirir. Ona görə hər bir sahədə ədalət prinsipi bərqərar olunmalidir.
Biz Respublikaçılar olaraq Azərbaycan xalqının hər bir vətəndaşına demək istəyirik ki ,liderimiz bizi işıqlı gələcəyə aparır . Bizim borcumuz isə onun ətrafında sıx birləşib və hərəmiz öz yerində və tutduğu vəzifesində diqqətli ,məsullliyətli olmağımizla dövlətimizi və xalqımızı xoşbəxt və uğurlu gələcəyə gətirilməsində cənab Ilham Əliyevlə irəli getməliyik.
Azərbaycan Respublikaçılar Partiyasının Beynəlxalq Əlaqələr
Üzrə Sədr Müavini
Vasif Ismayilov.