• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycandakı müxtəlif icmalar və dini qurumların rəhbərləri ilə videomüzakirə aparılıb

28-05-2020, 11:30 | Baxılıb: 234
“Azərbaycandakı müxtəlif icmalar və dini qurumların rəhbərləri ilə videomüzakirə aparılıb

Azərbaycandakı müxtəlif icmalar və dini qurumların rəhbərləri ilə videomüzakirə aparılıb


Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif icmaların və dini qurumların rəhbərləri ilə "Müxtəlif olsaq da – Birlikdə güclüyük!" mövzusunda videokonfrans təşkil edilib.

Virtual tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici məsələlər üzrə müavini Rəşad Əliyarlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Yakovleviç Şarovski, Avropa Yəhudiləri Bakı Dini İcmasının baş ravvini Sneor Seqal, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Rus İcması sədrinin müavini Lavrina Vitalyevna, Azərbaycanın Ukrayna Konqresinin sədri Yuriy Osadçenko, TİKA Azərbaycanın sədri Teoman Tiryaki, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Azərbaycanın Gürcü İcmasının sədri Rafael Qvaladze, Azərbaycanda yaşayan Axıska Türkləri “Vətən” İctimai Birliyinin sədri İsmayıl Rəhimov, Tatarıstan İctimai Birliyinin sədr müavini Emin Ramazanov, Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Popal Mohammad, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin sədri Jacob Metyu, “Indian Assosieyşn Azerbaycan” ictimai birliyinin katibi Mohd Aqueel, Pakistan Diasporunun nümayəndəsi Ahmed Ali Şah, "Poloniya – Azərbaycan Polşa İcması” İctimai Birliyinin sədri Olqa Yujanina, İctimai Birliyin sədr müavini Telman Şamiloviç, Rumınya Diasporunun nümayəndəsi Iosefina Blazsani-Batto, “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət İctimai Birliyinin rəhbəri Azər Əliyev, Dünya Axısqa Türkləri Birliyinin Azərbaycan təmsilçisi Məmməd Şamilov iştirak ediblər.

Konfransda ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, hal-hazırda yerli xalqların nümayəndələrinə və millətlərə münasibətdən danışılıb, Azərbaycanda multikultural dəyərlərə önəm verildiyi, etnik azlıqlara qarşılıqlı hörmətin və dini tolerantlıq mühitinin hökm sürdüyü vurğulanıb.

Qeyd olunub ki, müxtəlif xalqların sülh və sabitlik şəraitində yaşaması baxımından ölkəmiz nümunəyə çevrilib.

Videokonfransda müxtəlif dillərdə danışmağa imkan yaradılması da müsbət qiymətləndirilib, yerli və dini icmaların fəaliyyətinin əlaqələndirilməsinin diqqətdə saxlanılmasının əhəmiyyəti qeyd olunub.

İştirakçılar dövlətçilik tariximizə nəzər salıb, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müasir Azərbaycanın inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları vətəndaş cəmiyyətinin azad və demokratik şəraitdə fəaliyyət göstərməsinə görə Azərbaycan dövlətinə və onun rəhbərliyinə, eləcə də bu siyasətin həyata keçirilməsində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.скачать dle 10.6фильмы бесплатно


234

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"
UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.