ƏL TUTMAQ ƏLİDƏN QALIB—UKRAYNADA YAŞAYAN SOYDAŞLARIMIZ BUNU BİR DAHA SÜBUT ETDİLƏR.
Artıq Mart ayından bu günə kimi bütün dünyaya baş bəlası olan Koronovirus pandemiyası hər bir ailəyə ziyan vurmaqda davam edir. Dünyada elə insan yoxdur ki, bu virusun qarşıya çıxardığı problemi özündə hiss etməsin. Hətta iş o yerə çatıb ki, insanlar ən yaxın
doğmalarını belə itirməsinə baxmayaraq, onunla vidalaşmağa gələ bilmirlər, çünki bütün dünya iflic vəziyyətindədir. Buraya iş adamlarının düşdüyü vəziyyəti əlavə etməyə ehtiyac yoxdur, hesab edirik ki, bütün bunlar hamıya gün kimi aydındır. Pandemiyanın ən böyük ziyanlarından biri də, insanların yad bir ölkəyə təsadüfi səfəri zamanı orada qalmasıdır. Tanımadığın şəhər, tanımadığın insanlar və s. Belə hadisələrdən biri də, bu günlərdə redaksiyamıza müraciət edən bir gəncin başına gəlib. Avstriyada tələbə olan soydaşımız təsadüfən Ukraynada karantin dövrünə düşmüşdür və köməksiz halda qalmışdır. Əvvəlcə baş redaktor kimi tanıdığım insanların əliylə bu soydaşımıza kömək etmələrini gözlədim və heç bir nəticə olmadığı üçün şəxsi dostluq əlaqələrimdən istifadə etdim.
İlk zəng etdiyim Möhsün Bədəlov oldu. Dnepr şəhərindəki aktiv diaspor fəalımız, vətənpərvər soydaşımız olan Möhsün müəllim, baxmayaraq ki, hamı kimi o da, karantin dövründə işləmirdi, lakin ondan çox böyük dəstək aldım. Əkbər və Yusif Ramazanov qardaşları, Cəmil Cəlilov, diaspor ağsaqqallarından olan Saleh Əhmədov, Dneprdə diasporamıza rəhbərlik edən Nəcəf Əhmədov da, soydaşımıza maddi dəstək oldular.
Daha sonra Novomoskovski diasporunun sədri Şikar Hüseynova zəng etdim və o da, müsbət reaksiya verdi. Şikar müəllimlə yanaşı İş adamı İnqilab Vəliyev, Mahmud Kərimov da, öz maddi dəstəklərini əsirgəmədilər. Aydın məsələdir ki, diaspor fəalları yüzlərlə soydaşımıza kömək etmişdilər. Odur ki, hərəyə az da, olsa pay düşsün deyə Ujqoroda və Nikalayevə də zəng etdim. Ujqorodda Niyaz Hüseynov deyilən Dövlət məmurumuz vardır, o da, dərhal dəstəyini verdi. Yunus Alıyev isə həmişəki kimi öz xeyriyyəçiliyindən geri qalmadı və iş adamı Fərrux Poladovla birgə öz maddi dəstəklərini göstərdilər.
Kiyev vilayəti Vasilkov şəhərindən olan Sakit Bilalov kimi iş adamı da, tapıldı ki, gəncimizə təkcə maddi kömək məqsədilə birlik nümayiş etdirmədi. Hətta maddi dəstəkdən əlavə soydaşımızın qalması, yemək və digər ehtiyaclarını da qarşılamaq üçün onu öz yanına apardı.
Düzdür bütün bunlarla yanaşı susanlar, pul ödəməyənlər də oldu. Bəlkə də, bir çox soydaşlarımızın adını qeyd etməyi unutdum, buna görə ayrıca üzr istəyirəm.
Əslində heç kim pis vəziyyətdə qalan soydaşımıza hüquqi baxımından yardım etmək məcburiyyətində deyildir. Ancaq milli mentalitetimizi, dini dəyərlərimizi nəzərə alsaq hər birimiz bu işdə olmalıyıq. Hətta Xarkov şəhərində valyuta mübadiləsi edən Ağamirzə Nuriyev 200-qrivna köçürdü, necə deyərlər yoxa lənət.
Ancaq elə soydaşlarımız da tapıldı ki, Möhsün, Yunus müəllim kimi o gənc tələbənin sonrakı vəziyyəti ilə də, hər gün maraqlandı. Bax buna əhsən demək lazımdır.
Odur ki, həmin soydaşlarımızın şəkillərini sayta yerləşdirərək, onları oxucularımıza da, tanıtmağı özümə borc bildim.
BAŞ REDAKTOR
ƏLMANİZ ƏLƏKBƏRLİ.
1 315