Hər bir qərar mövcud duruma əsasən veriləcək
"Kursların fəaliyyəti ilə bağlı qərar Operativ Qərargah tərəfindən veriləcək. Lakin, hər bir şey yoluxma sayının göstəricilərindən asılıdır və hazırda yoluxmaların sayı artır. Təbii ki, yoluxma sayı az olarsa məhdudiyyətlərin yumşaldılmasına gedilə bilər". DİASPOR.İNFO-nun məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O, qeyd edib ki, yoluxma sayı artarsa qaydalar daha da sərtləşdiriləcək: "Hər bir qərar mövcud duruma əsasən veriləcək".
Müəllif: Nigar Məmmədova
334