"Bəhram Bağırzadəyə orqan nəqlindən söhbət gedə bilməz"
"Bəhram Bağırzadənin müalicəsi ilə bağlı orqan nəqli ilə əlaqədar məlumatlar yayılıb. Bildirmək istəyirik ki, infeksiya şəraitində hansı bir orqanın nəql edilməsindən söhbət belə gedə bilməz. Yalnız, virus təhlükəsi orqanlardan sovuşduqdan sonra orqan nəqlinə müraciət edilə bilər. Buna görə də internetdən əldə etdiyiniz hər məlumata etibar etməməyi tövsiyyə edirik. Kondisionerin istifadəsi ilə bağlı isə onu deyərdim ki, yalnız düzgün istifadə olunmadıqda virusa artıra bilər". DİASPOR.İNFO xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Müəllif: Nigar Məmmədova