“On günə koalisiya qurmaq istədiyi qüvvələri məhv edib pis günə salarıq” HAFİZ HACIYEV
MMP başqanı: "Əli İnsanova deyirəm ki, ağıllı olsun, ondan “baba müxalifət” olmaz"
“Görünür, Əli İnsanov çaşıb. İndi qocalıb da, qocalan insanın ağlı gedir. Onun danışdıqları xülyadır”. DİASPOR.İNFO xəbər verir ki, bu fikirləri Müasir Müsavat Partiyasının (MMP) başqanı Hafiz Hacıyev sabiq səhiyyə naziri, həbsdən çıxdıqdan sonra özünə “Haqq və Ədalət” (HƏP) adlı partiya yaradan Əli İnsanovun AXCP, Müsavat, REAL və özünün təsis etdiyi partiyaların birgə, koalisiya şəklində fəaliyyət göstərmələri təklifinə münasibətini bildirərkən deyib.
MMP başqanını sözlərinə görə, Əli İnsanov başından çox yekə hərəkətlər edir, ona görə də dedikləri mənasız bir şeydir. O, eyni zamanda MMP-nin iştirakı olmadan hər hansı koalisiyanın qurulmasına imkan verməyəcəyini və hətta məhv edəcəyini də deyib: “Hər halda gələcək koalisiya olacaqsa, bizim iştirakımız olmadan heç kim heç bir şeyə nail olmayacaq. Əgər lazım olarsa, Əli İnsanovu bir aya, hətta on günə koalisiya qurmaq istədiyi qüvvələri məhv edib pis günə salarıq. Sadəcə ağsaqqaldır, istəmirik ki, 3-5 illik ömrü qalıb, onu da geri salaq”.
Hafz Hacıyev sabiq səhiyyə nazirinin bu yaşından sonra “ana müxalifət”i də keçib “baba müxalifət” olması iddiasına da istehzalı münasibət bildirib. “Əli İnsanova deyirəm ki, ağıllı olsun, ondan “baba müxalifət” olmaz, nə də hakiyyətə gələn olmaz, biz hakimiyyəti verən deyilik”, bildirən MMP-nin başqanı hər şeyin nəzarətdə olduğunu da bildirib.