Daha 116 nəfər koronavirusdan öldü İranda
İranda son sutka ərzində daha 2368 nəfər koronavirusa yoluxub, bununla ümumi yoluxma sayı 204 952-yə çatıb. DİASPOR.İNFO xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bir gün ərzində virus daşıyıcısı olan 116 nəfər vəfat edib. Nəticədə pandemiya qurbanlarının sayı 9623-ə yüksəlib. İndiyədək 163 591 xəsətə sağalaraq evə buraxılıb.
Müəllif: Ceyhun Rasimoğlu
368