“Milli Məclisdə baş verənlərə görə utanıram” Hrayr Tovmasyan
“Müəlliflərdən biri olduğum Ermənistan Respublikasının hazırkı Konstitusiyasına görə, konstitusiya dəyişiklikləri əvvəlcə konstitusiya məhkəməsinin özündə nəzərdən keçirilməlidir. İndi Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin belə bir sənədi müzakirə etmədiyi faktını bilirəm və bildirirəm”. DİASPOR.İNFO Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan Milli Məclis tərəfindən qəbul edilmiş konstitusiya dəyişiklikləri üçün Konstitusiya Məhkəməsinə müraciət etməməsi ilə bağlı jurnalistlərlə keçirdiyi brifinqdə bildirilib.
O, qeyd edib ki, bir qanun prinsipi var və ona görə bir şəxsin etibarsız hüquqi aktları təqdim etmək hüququ yoxdur.
"Böyük təmkin göstərərək deyə bilərəm ki, bir hüquqşünas və Konstitusiyanın müəlliflərindən biri kimi dünən Milli Məclisdə baş verənlərdən utanıram", deyə Hrayr Tovmasyan bildirib.
Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Ermənistanda mövcud vəziyyətlərdə insanların daxili sistemdə məhkəmə müdafiəsi hüququ yoxdur.
Venesiya Komissiyasının rəyinə gəlincə, Hrayr Tovmasyan deyib ki, müəyyən mərhələdə bu məsələyə toxunmaq və həm hüquqi, həm də siyasi qiymət vermək imkanı olacaq.
Müəllif: İnam Hacıyev