BMT-nın nümayəndəsi: "Etibarlı mənbələrdən məlumat toplayın"
"Hər bir şəxs bilməlidir ki, bu tələblərin məqsədi nədir, maska taxmaqda məqsədimiz nədir və nədən ibarətdir. Biz maska taxmaqla özümüzün, ailəmizin, sevdiklərimizin, yaxınlarımızın virusa yoluxmasının qarşısını almış oluruq". DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Qulam İshaqzai bildirib ki, etibarlı mənbələrdən məlumat toplayın: "Bu haqda böyük sayda yanlış məlumatlar var. Dövlət strukturları tərəfindən yaradılan mənbələrə etibar edin. Buradan məlumat toplayın. Bununla da biz etibarsız mənbələrdən verilən məlumatların qarşısını almış olaraq".
Müəllif: Nigar Məmmədova