İraqın şimalında daha 9 PKK terrorçusu məhv edilib
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı çərçivəsində daha 9 PKK terrorçusu məhv edilib.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Xüsusi təyinatlılar Haftanin bölgəsindəki terrorçuları məhv etməyə davam edirlər. Xüsusi təyinatlı döyüşçülər hər mağaranı və terrorçuların ehtimal olunan sığınacağını araşdırırlar".
408