PREZİDENT APARATINDA NÖVBƏTİ DƏFƏ SİYASİ PARTİYA RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Bu gün Prezident Administrasiyasının “Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti İlə Əlaqələr “ şöbəsinin müdiri Ədalət Vəliyev “Azərbaycan Respublikaçılar Partiyasının “ sədri Sübut Əsədovla görüşmüşdür.
Bu gün Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin bütün sahələrini əhatə edən siyasi islahatlar aparılır- bu sözləri Diaspor.info saytına müsahibəsində “Azərbaycan Respublikaçılar Partiyasının” sədri Sübut Əsədov deyib: Məlum olduğu kimi bu gün Azərbaycanın dünya birliyində daha da güclənməsi istiqamətində mühüm addımlar atılır. Belə ki, COVİD-19 pandemiyasının BMT-nin Baş Assambleyasında 130-dan çox dövlət tərəfindən müzakirəyə çıxarılması dəstəkləndi. Bu təşəbbüsün dəstəklənməsi beynəlxalq birliyin Azərbaycana və onun liderinə olan hörmət və ehtiramından irəli gəlir . Bu gün cəmiyyətimizin bütün üzvlərini əhatə edən dövlət proqramlarının və sosial yönümlü layihələrin həyata keçirilməsində Prezident İlham Əliyevin və I –ci Vitse Prezident Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Prezident Aparatı şöbə müdirinin qeyd etdiyi kimi, bu gün iqtidar-müxalifət arasında yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti yaranıbdır. Bu kimi görüşlərin keçirilməsi davamlı xarakter almalıdır.
Daha sonra “Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti İlə Əlaqələr “ şöbəsinin” müdiri Ədalət Vəliyevlə görüşünün günümüzün tələbi olduğunu söyləyən “Azərbaycan Respublikaçılar Partiyasının “ sədri Sübut Əsədov belə görüşlərin Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin sağlam zəmində qurulmasına xidmət etdiyini vurğulayıb: Bilirsinizmi, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin sağlam zəmində qurulmasına xidmət etməkdədir . Biz “ARP” olaraq pandemiya dövründə dövlət başçısının siyasətini yaxından izləyir və dəstəkləyirik.
Azərbaycan Respublikaçılar Partiyası dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıq etməklə səylərin artırılmasının vacib sayır.
S. Əsədov saytımıza müsahibəsində həmçinin ARP-nın pandemiya dövründə cəmiyyətin maarifləndirilməsi yönümündə dövrü mətbuat, sayt və dövlət qəzetlərində vətəndaş məsuliyyətinin və ictimai nəzarətin həyata keçirilməsi üçün mütəmadi çıxışlar etdiyini xüsusi vurğuladı.
ARP sədri Sübut Əsədov eyni zamanda qeyd etmişdir ki, ölkədə yaradılan yeni siyasi konfiqurasiyanın formalaşmasını yüksək qiymətləndirir: Bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağına əminliyimi bildirirəm. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olması çox vacibdir.
Sonda Sübut Əsədov Azərbaycan Respublikaçılar Partiyasının Qurultayının keçirilməsi ilə əlaqədar təşkilat Komitəsinin yaradıldığını, avqust-sentyabr ayları ərzində video-konfrans formatında keçirilməsinin nəzərdə tutulduğunu da, qeyd edib.
Diaspor.info
Bakı.