Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Novomoskovski Azərbaycanlıları Sizinlədir.
Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!
Şikar Hüseynov. Novomoskovski Azərbaycanlılarının Rəhbəri.
Bildiyimiz kimi, 12 iyun 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən Tovuz rayonu ilə sərhəd ərazilərdə növbəti dəfə atəşkəs rejimi pozularaq təxribata cəhd göstərilmişdir. Mənfur düşmənin bu təxribatı nəticəsində şəhid olan və yaralanmış hərbçilərimiz var. Ölkədaxili nəzarəti itirmiş ermənistan hakimiyyəti təmas xəttində gərginlik yaratmaqla öz vətəndaşları üzərində basqı yaratmaq, səriştəsiz idarəetmə və bərbad beynəlxalq reytinqini ört - basdır etməyə çalışır. Ermənilər bele təxribata 2016-cı ildə aprel ayında da əl atmışdı. Həmin döyüşlərdə
Azərbaycan ordusunun tutarlı cavabı nəticəsində ermənistan cəmiyyəti sarsıntı və təşviş içində idi. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi.
Cənab Prezident!
Həmin döyüşün nəticələri göstərdi ki, son illər ərzində Sizin tərəfinizdən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, ordumuzun gücü və döyüş potensialı yüksək səviyyədədir. Bu dəfə də, gördük ki, sonuncu təxribatdan sonra da müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunmuş Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab vermişdir. Hesab edirik ki, dünyada yaşayan bütün Azərbaycan xalqı, o cümlədən Ukraynanın
Novomoskovski şəhərindəki gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra vətənə dönərək, orduya yazılmaq istəklərini bildirirlər. Çoxsaylı Azərbaycan oğullarımız yaşından asılı olmayaraq, Sizin əmrinizlə ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər.
Cənab Ali Baş Komandan,
Biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütün torpaqlarımnız, o cümlədən Qarabağımız azad olunacaq və həmin torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaqdır.
Torpaqlarımızın bütovlüyü ugrunda canını fəda etmiş bütün soydaşlarımıza, o cümlədən 12 iyun tarixində şəhid olmuş hərbiçilərimizə allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, döyüşlərdə yaralanmış hərbiçilərimizə isə şəfa diləyirik.
Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!
Hörmətlə: Ukrayna Respublikası Novomoskovski Azərbaycanlıları adından
Diasporumuzun sədri Şikar Hüseynov.