KXDR-də COVİD-19-a qarşı peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) alimləri yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd üzərində çalışırlar.
DİASPOR.İNFO xarici KİV-lərə istinadla xəbər verir ki, KXDR-in Dövlət Elm və Texnologiya Komitəsi belə açıqlama yayıb. Komitənin rəsmi internet səhifəsində yerləşdirilən hesabatda bildirilir ki, KXDR Tibb Elmləri Akademiyasının nəzdindəki biologiya institutu mütəxəssislərin hazırladıqları peyvəndin heyvanlar üzərində sınaqları uğurla başa çatıb. Bu aydan isə peyvəndin kliniki sınaqları başlayıb. Peyvənd hazırlanmasında koronavirus üçün hüceyrə reseptoru olan ACE-2 genindən (angiotenzin çevirən ferment) istifadə olunub.
Maraq üçüün qeyd edək ki, rəsmi məlumata əsasən, KXDR-də COVID-19 infeksiyasına yoluxma qeyd alınmayıb.