Prezident İlham Əliyev ictimaiyyətə yönələn çoxlu sayda ciddi və əhəmiyyətli mesajlar verdi .Azərbaycan Respublikaçılar Partiyası olaraq belə qənaətə gəlirik ki , müstəqilliyimizi qorumaqla bərabər bu müstəqilliyə qarşı çıxanlar vətən xainləridir .
Bu sözləri Diaspor info-ya müsahibəsində ARP sədri Sübut Əsədov Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsini şərh edərkən deyib .
Onun sözlərinə görə Prezident faktlarla əsaslandırdı ki ,SSRİ uzun illər ölkəmizin təbii sərvətlərini tamaşada etnik separatizmi dəstəməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 faiz _ı Ermənistan tərəfindən işğal olundu .
Məhz Rusiyanın hərbi dəstəyi ilə 20 yanvar və Xocalı qətliamı törədildi . Azərbaycanın o zamankı rəhbərləri xalqa xəyanət etdilər .
Bu gün hamını düşündürən mövzulardan biri Ermənistanın işğal edilmiş ərazilərdə məskulaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir və cinayətdir ..Bunu Paşiniyan höküməti şüurlu şəkildə edir . Azərbaycanı təxribata çəkirlər .
Azərbaycan Respublikaçılar Partiyası beynəlxalq konvensiyalara , BMT-NİN Qətnamələrinə , ATƏT-İN faktaraşdrıcı missiyalarına məhəl qoymayan Ermənistan bütün beynəlxalq təşkilatlarda qinanmalidır .Əks halda Azərbaycanı növbəti təxribata çəkərlərsə Ordumuz Qarabağı , Zəngəzuru və əzəli torpaqlarımızı azad etməyə tam hazırdır ,heç bir beynəlxalq hüquq normalarına gözləmədən bunu etməyə hazırdır .
Biz bu qənaətdəyik ki son açıqlamalar uzun illər davam edən söz savaşına oxşamır .
Müharibə qaçılmazdır .İnşəllah bizim qələbəmizlə yekulaşar Qarabağ savaşı .