"İyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanla Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi oldu”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, bildiyimiz kimi Prezident İlham Əliyev mütəmadi olaraq ölkədə islahatlar aparır: “Bu islahatlar bütün sahələrdə baş verir. Bu dəfə də elm və təhsil sistemində islahatlar aparıldı. Bu struktur dəyişilmələridir. Ümidvarıq ki, bu dəyişikliklər müsbətə doğru inkişaf edəcək. Bunu zaman göstərəcək. Prezident İlham Əliyev tərəfindən verilən hər bir fərman və sərəncam həmin sahələrin inkişaf etməsinə xidmət edir”.
Arzu Qurbanlı
211