Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan “Şuşa Zəfər Layihəsi”nin dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri, eləcə də zəngin mədəniyyətimizlə bağlı məlumatlandırılması üçün əvəzsiz vasitə olduğunu vurğulayıb. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İmamyar Həsənova yaradıcılıq uğurları arzulayıb. Şuşanın Azərbaycan tarixindəki rolundan bəhs edən əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova qeyd edib ki, Azərbaycan musiqisi
ölkəmizi dünyada tanıdan brendlərdən biridir.
Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Vətən müharibəsindəki tarixi Zəfərin Azərbaycan xalqını birləşdirdiyini və Birinci Qarabağ müharibəsindəki şəhidlərimizin qisasının alınması ilə nəticələndiyini vurğulayıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev “Şuşa Zəfər Layihəsi”ni böyük mədəniyyət hadisəsi adlandırıb.