• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

11-02-2025, 14:00 | Baxılıb: 2 571
“Malıbəyli və Quşçular qətliamından 33 il ötür

Bu gün Malıbəyli və Quşçular kəndlərində azərbaycanlılara qarşı törədilmiş qanlı faciədən 33 il ötür.
Diaspor.info xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il fevralın 10-12-də erməni silahlı dəstələri Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücum edərək, çoxsaylı dinc azərbaycanlını qətlə yetiriblər.

Şuşa şəhərinə yaxın dağlıq ərazidə, yaylaqlarda yerləşən Malıbəyli və Quşçular kəndlərinin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. Burada təxminən 4 min nəfər yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi, bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxminən 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi.

1991-ci ilin oktyabrından etibarən Malıbəyli tamamilə mühasirədə olduğu üçün kənddən çıxış yalnız hava yolu ilə mümkün idi. Lakin yanvarın 28-də Şuşaya uçan sonuncu vertolyotun ermənilər tərəfindən vurulmasından sonra kənd əhalisinin əli hər yerdən üzülmüşdü. Hər tərəfdən mühasirədə olan Malıbəylilər çarəsiz idilər. Ölümün gözünə dik baxmağa məcbur idilər. Fevralın 10-da rus silahlılarının da daxil olduğu erməni silahlı qüvvələri Malıbəyliyə hücum etdi. Hər kəs Quşçular kəndinə qaçmağa çalışırdı. Kənddəki evlər yandırılırdı. Kənd sakinləri ermənilərlə yaşam uğurundan mübarizə aparır, qəhrəmancasına döyüşürdülər.

Təcavüzkar silahlı erməni birləşmələrinin tərkibində müxtəlif ölkələrdən gəlmiş muzdlularda da döyüşürdü. Malıbəyli, Quşçular kəndlərinin erməni silahlı birləşmələri tərəfindən ələ keçirilməsi ilə Şuşa və Xocalı şəhərləri tamamilə blokada altına alındı. Dinc, günahsız və köməksiz mülki vətəndaşlar qanına qəltan edildi. Ancaq qarşıda hələ Qaradağlı, Ağdam və Xocalı planı vardı...

İllər keçsə də, yaşadığımız ağrı və itkilər heç vaxt unudulmayacaq. Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımız azad edilsə də, şəhidlərimizin itkisini heç nə geri qaytara bilməz. Malıbəyli və Quşçularda həlak olanları, 33 il ərzində itirdiklərimizi, şəhidlərimizi heç bir zaman unutmamalıyıq!скачать dle 10.6фильмы бесплатно


2 571

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
“Qafqazın iki müstəqil səsi”
Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib
Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Kiryat-Yamda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

“Qafqazın iki müstəqil səsi”

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib

“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin siyahısı genişlənib

Denis Beçiroviç Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Kavaşrada yeniyetmə və gənclər "Azərbaycan" şeirini söyləyib

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

Varşavada Müstəqillik Gününə həsr olunan konsert keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.