KƏNGƏRLİ ŞƏHİDLƏRİ SİLSİLƏSİNDƏN: BAŞ LEYTENANT ƏSGƏRLİ TURAL ƏLƏMDAR OĞLU
VƏTƏN MÜHARİBƏSİNDƏ TARİX YAZANLARDAN OLDU.
ƏSGƏRLİ TURAL ƏLƏMDAR OĞLU
Mənim də dünyaya göz açdığım Qıvraq kəndində doğulub. Əmisi oğlu Əsgərov Elçin Yalçın oğlu da, zabit kimi Qarabağ döyüşlərində qəhrəmancasına Şəhid olub.
Əsgərli Tural Ələmdar oğlunun sosial şəbəkələrdə rastlaşdığım ürək parçalayan videosunu oxucularımıza da, təqdim edirik. Onun qızına necə sarıldığını görmək dəhşətlidir, sanki sonuncu dəfə qızını görürdü. Belə qəhrəman oğullarımızla nəinki Kəngərli, Naxçıvan MR-sı, bütün Azərbaycan fəxr edir.
Baş leytenant Əsgərli Tural Ələmdar Oğlu
20-04-1993 –cü ildə Naxçıvan MR-sı Şərur rayonu Qıvraq kəndində anadan olub. 1999-cu ildə Kəngərli rayonu Qıvraq qəsəbə məktəbinin birinci sinifinə daxil olmuşdur. Hələ uşaqlıqdan hərbiyə olan istəyi 2007-ci ildə onu Heydər Əliyev adına hərbi liseyə gətirib çıxardı. Hərbi liseyi yaxşı qiymətlərlə bitirən Tural 2010-cu ildə hərbi təhsilini artırmaq üçün Heydər Əliyev adına AAHM-nə daxil olub. 2015-ci ildə leytenant kimi Qazax rayonundakı “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır. Daha sonra bir neçə hərbi hissələrdə xidmət edən
Əsgərli Tural Ələmdar oğlu baş leytenant aldıqdan sonra Daşkəsəndə xidmətini davam etdirməyə başladı.
Xidmət zamanı təkcə zabit yoldaşları deyil, əsgərləri ilə də, xoş, səmimi münasibətinə görə çox sevilən komandir olub. İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlayan zaman Tural Murov uğrunda gedən döyüşlərə qatılıb. Və həmin döyüşlərdə böyük şücaət , qəhrəmanlıq göstərib.
01-10-2020 ci ildə artilleriya zərbəsi nəticəsində qəlpə yarası alaraq Şəhid olmuşdur.
Əsgərli Tural Ələmdar oğlu Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən Uğrunda” medalı və “ Kəlbəcərin azad olunmasına görə “ medalı ilə təltif olunub.
ALLAH RƏHMƏT ELƏSİN.
ƏLMANİZ Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.