TOLYATTİ ŞƏHƏRİNDƏ " AZƏRBAYCANLILAR LİQASI" 20 YANVAR FACİƏSİNİ ANDILAR.
Tolyatti şəhərində Qanlı 20 yanvar hadisəsi soydaşlarımız tərəfindən anılıb. Redaksiyamıza bu barədə Tolyatti Azərbaycanlıları Liqasının sədri Ələsgər Əlifov məlumat verib. Ələsgər müəllim bildirib ki, 19 yanvar Azərbaycan diasporasının fəalları ilə birgə rəsmi tədbir keçirilib. Tədbirdə 20 yanvar gecəsi xalqımızın başına gətirilən müsibətlərlə bağlı sənədli filmə baxılıb. Çıxış edən fəallar Sovet imperiyasının Azərbaycan xalqına divan tutmasından danışıblar.
Ertəsi günü imkansız soydaşlarımızın da qatıldığı ehsan süfrəsi öncəsi şəhidlərimizin ruhuna dualar oxunub.
[/center]
DİASPOR İNFO
RUSİYA BÜROSU
587