Daha 29 erməni cəsədi tapıldı
Füzuli, Hadrut və Cəbrayıl bölgələrində aparılan axtarış tədbirləri zamanı 27 əsgərin və 2 mülki şəxsin cəsədi tapılıb. DİASPOR.İNFO Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə qondarma rejimin Dövlət Təcili Xidmətinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tajosyan mətbuata açıqlama verib.
“Dünənki əməliyyat-axtarış tədbirləri nəticəsində ikisi mülki olmaqla 29 cəsəd tapılıb. Hər ikisi də Hadrut bölgəsinin Tog kəndindəndirlər. Bu gün isı axtarış qrupları Hadrut, Cəbrayıl və başqa istiqamətlərdə işləyəcək", deyə Hunan Tajosyan məlumat verib.
Qurumun sözçüsü, bu günə qədər 998 cəsədin tapılaraq, aidiyyatı şəkildə təhvil verildiyini bildirib.
Müəllif: İnam Hacıyev