Rəsmi Kiyev qərb ölkələrindən Rusiya ilə danışıqlar zamanı “möhkəm və ehtiyatlı” qalmalarını istəyib. Diaspor info-xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fransalı həmkarı Jan-İv Le Drian ilə görüşüb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vurğulayıb ki, Ukrayna xalqı arasında narahatlığı artıracaq və maliyyə sabitliyini pozacaq addımlardan çəkinmək lazımdır.
ABŞ rəsmiləri münaqişədən qaçmaq üçün diplomatik təşəbbüsləri artırmağa çağırsa da, qərb liderləri Rusiya prezidenti Vladimir Putinlə görüşərək böhranın şiddətini azaltmağa çalışırlar. Fransa prezidenti Emmanuel Makronla bir saatlıq telefon danışığından sonra Putin bir daha bildirib ki, onun hücum planı yoxdur.
Buna baxmayaraq, qərb ölkələri Rusiyanın mümkün hücumu zamanı Ukraynanın yanında olduqlarını göstərmək üçün Şərqi Avropa ölkələrində yerləşən NATO qüvvələrini artırmağa davam edirlər. ABŞ prezidenti Co Bayden Şərqi Avropaya az sayda hərbçi göndəriləcəyini açıqlasa da, İngiltərə əsgərləri, silahları, döyüş gəmiləri və təyyarələri ilə NATO qüvvələrini ikiqat artırmağa hazırlaşır.
NATO: Biz Ukraynaya qoşun yeritməyi planlaşdırmırıq
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, onlar Ukraynaya döyüş bölmələri yerləşdirməyi planlaşdırmırlar, ancaq dəstək verməyə yönəliblər.
Rusiya NATO-dan təhlükəsizlik bəyanatı tələb edəcək. Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun təhlükəsizliklə bağlı bəzi mühüm vədlər verməyə hazır olub-olmadığını soruşacaqlarını bildirib.
Ukrayna böhranında NATO Rusiyanın Şərqi Avropadakı hərbi varlığını çıxarmaq və Ukraynanın üzv olmasına heç vaxt icazə verməmək tələbini rədd etdi, lakin qarşılıqlı etimadın yaradılması üçün danışıqlara açıq olduğunu açıqladı.
Lavrov dövlət televiziyasında deyib ki, NATO və ATƏT-ə öz təhlükəsizliklərinin ilə bağlı rəsmi müraciət edəcəklər.
Təkcə Qərbdən deyil, bütün Avropa qitəsində təhlükəsizliyi təmin edəcək hüquqi qüvvəyə malik təminatlar istədiklərini ifadə edən Lavrov, buna görə də öz addımlarını müəyyən edəcəklərini vurğulayıb.
Oktyabr ayından bəri Rusiya Ukrayna ilə sərhədə 100 mindən çox hərbçi, o cümlədən hərbi texnika və dəstək qrupları yerləşdirib. Bu, həm də bölgədəki hava və dəniz aktivlərinin sayını əhəmiyyətli dərəcədə artırdı.
Xüsusilə, ABŞ və digər qərb ölkələri Ukraynaya silah və texnikanın daşınmasını sürətləndirib.
Müəllif: Qönçə Quliyeva