Diaspor info saytının Ukrayna bürosunun verdiyi məlumata görə, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibəti ilə Ukraynada bir sıra tədbirlər nəzərdə tutulur. Dnepr Azərbaycanlılarının rəhbəri Nəcəf Əhmədovun saytımıza verdiyi məlumata görə, “Dnepr Azərbaycanlıları Konqresi” nin təşkilatçılığı ilə dahi bəstəkarımızın anadan olmasının 100 illiyi münasibəti ilə böyük konsert proqramı təşkil ediləcəkdir. Eləki 12.02.2022 ci il tarixində Dnepr şəhərində, “Türksoy Uluslararası Türk Kültürü Teşkilatı”-nın təşkil etdiyi konsert proqramı olacaqdır. Dahi Azərbaycan bəstəkarının bəstələri canlı ifalarla təqdim olunacaqdır. Tədbirdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlov “Dirijor” və əməkdar artist Ramil Qasımov da “Solist” iştirak edəcəklər.
Dnepr Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədovun dediyinə görə, Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbir məhz Dneprdə olacaqdır.
Diaspor info
Ukrayna bürosu