Avstraliya Səhiyyə Nazirliyi bu günə kimi ölkədə ağcaqanadlar vasitəsilə yoluxan yapon "Ensefalit" virusuna (YEV) yoluxma sayının 19-a çatdığını, 2 nəfərin isə virusdan öldüyünü təsdiqləyib. Diaspor info xarici mətbuata istinadən xəbər verir ki, YEV insanlarda nadir hallarda xəstəlik yaradaraq beyin iltihabına səbəb olur. Avstraliya Səhiyyə Nazirliyinin açıqlamasında ölkə daxilində cəmi 19 nəfər olmaqla, Yeni Cənubi Uels əyalətində 7, Kvinslend əyalətində 1, Cənubi Avstraliya əyalətində 4 və 7 nəfərin yoluxduğunu bildirilib.
YEV-ə ölkədə baş verən sel fəlakətləri nəticəsində yaranan ağcaqanad dişləmələrinin səbəb olduğu və insandan insana yoluxmadığı açıqlanıb.
Səhiyyə Nazirliyi YEV-in heyvanlarda müşahidə edildiyini, lakin insanlara ötürülmədiyini açıqlayıb.
Ləman Əlizadə