Rusiya Federasiyası ilə sülh danışıqları bir neçə həftə çəkə bilər.
“UNİAN” saytına istinad edən Diaspor info-ya bu fikirlərin Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak tərəfindən səsləndirildiyini bildirir.
Onun sözlərinə görə, baxılan məsələlər arasında atəşkəs, Rusiya qoşunlarının çıxarılması və təhlükəsizlik təminatları var.
Podolyak həmçinin vurğulayıb ki, Rusiya “Əfqan ssenarisi” ilə müharibə aparır. Onun sözlərinə görə, Rusiya taktikası böyük şəhərlərin mühasirəyə alınması və qanadlı raketlər və aviabombalarla bombardıman etməkdən ibarətdir.
Əli Babayev
152