Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbi vəziyyət dövründə bəzi partiyaların fəaliyyətini dayandırıb.
Diaspor info “unian” saytına istinad edərək xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciət zamanı bildirib.
“Milli Təhlükəsizlik və Müdafiə Şurası genişmiqyaslı müharibəni nəzərə alaraq hərbi vəziyyət dövründə bəzi partiyaların fəaliyyətini dayandırıb” – deyə prezident qeyd edib.
Zelenski fəaliyyəti dayandırılan partiyaların adlarını da elan edib. Onların arasında solyönümlü siyasi qüvvələr üstünlük təşkil edir.
131