Ukraynanın işğalının ilk həftəsində 498 əsgərinin öldüyünü etiraf etməli olan Rusiya indiyədək itirdiyi əsgər sayı ilə bağlı başqa rəsmi açıqlama verməyib. Diaspor info xarici mətbuata istinadən bildirir ki, ABŞ kəşfiyyatı ötən həftə ən azı 7 min rus əsgərinin Ukrayna ordusu tərəfindən öldürüldüyünü açıqlayıb. Kiyev administrasiyası isə bunun 15 minə çatdığını iddia edib.
Kreml yönümlü “Komsomolskaya Pravda” qəzeti Rusiya Müdafiə Nazirliyinə əsaslanan hesabatda Ukraynada 9861 rus əsgərinin öldüyünü yazıb. Bu, ABŞ-ın bu məsələ ilə bağlı təxminlərindən də yüksəkdir. “Komsomolskaya Pravda” da yaralıların sayını 16 153 nəfər olaraq qeyd edib.
Bir neçə dəqiqə ərzində bu məlumat xəbərlərdən silinib. Qəzetin redaktoru bildirib ki, bu kiberhücum nəticəsində xəbərə əlavə edilib.
Qəzetin bu mövzu ilə bağlı açıqlama verəcəyini bildirib.
Müəllif: Abutel İlhamqızı