Ölkənin yeni dövlət başçısı postu uğrunda mübarizədə Draupadi Murmu bütün rəqiblərini üstələyib.
Diaspor info rus saytlarından əldə etdiyi məlumata görə, Murmu səslərin 64 faizdən çoxunu (676,803) toplayaraq rəqibi Yaşvant Sinh (380,177 səs) üzərində qalib gəlib.
Qeyd edək ki, Hindistanda prezident nisbətən məhdud səlahiyyətlərə malikdir. Ölkədə dövlət siyasətilə bağlı mühüm qərarlar hökumət və onun rəhbəri olan baş nazir tərəfindən qəbul edilir.
192