• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

UNESCO: 2022-ci ildə dünyada 86 jurnalist öldürülüb

18-01-2023, 22:00 | Baxılıb: 236
“UNESCO: 2022-ci ildə dünyada 86 jurnalist öldürülüb

2022-ci ildə dünyada 86 jurnalist və KİV əməkdaşı öldürülüb.

Diaspor info xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında bildirilib.

Qeyd olunub ki, bu rəqəmlər jurnalistlərin öz vəzifələrini yerinə yetirərkən məruz qaldıqları ciddi riskləri göstərir.

Təşkilatın Baş direktoru Odri Azule vurğulayıb ki, ardıcıl olaraq bir neçə il ərzində azalmadan sonra 2022-ci ildə öldürülən jurnalistlərin sayının kəskin artımı narahatlıq doğurur. Onun sözlərinə görə, bu cinayətlərə son qoymaq və günahkarların məhkum olunmasını təmin etmək üçün hökumət orqanları səylərini ikiqat artırmalıdır.

2022-ci ildə Latın Amerikası və Karib hövzəsi jurnalistlər üçün ən təhlükəli region olub. Burada 44 qətl olub, bu da dünyada baş verən qətllərin yarısından çoxunu təşkil edir. Asiya-Sakit Okean regionunda 16, Şərqi Avropada isə 11 jurnalist öldürülüb.

UNESCO-nun məlumatına görə, jurnalistlər əsasən xidməti vəzifələrini yetirmədikləri zaman öldürülüb: onlar yolda, evdə, dayanacaqda və ya digər ictimai yerlərdə olublar.

Münaqişə vəziyyətində olan ölkələrdə öldürülən jurnalistlərin sayı 2022-ci ildə bir il əvvəlki illə müqayisədə 20-dən 23-ə yüksəlib. Buna görə də qətllərin kəskin artımı əsasən münaqişə ilə əhatə olunmayan ölkələrdə baş verib. Bu jurnalistlər müxtəlif səbəblərdən, o cümlədən mütəşəkkil cinayətkarlıq, silahlı münaqişə, artan ekstremizm və ya korrupsiya, ekoloji cinayət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya nümayişlər kimi həssas mövzuları işıqlandırdıqlarına görə qisas almaq məqsədilə öldürülüblər.

Son beş ildə irəliləyiş əldə olunsa da, jurnalistlərin öldürülməsinə görə cəzasızlıq səviyyəsi xüsusilə yüksək olaraq qalır (86 faiz), bu da media işçilərinin işinə mane olur, fikir və söz azadlığını təhlükə altına alır.скачать dle 10.6фильмы бесплатно


236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.