• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür

2-04-2023, 15:00 | Baxılıb: 367
“Aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür

2008-ci ildən başlayaraq hər il aprelin 2-si Ümumdünya Autizm haqqında Məlumatlandırma Günü kimi qeyd olunur.

Diaspor.info xəbər verir ki, bu barədə BMT Baş Assambleyası 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. Həmin günün qeyd edilməsi xəstəlikdən əziyyət çəkənlərə kömək etmək və onların həyat səviyyəsini yüksəltmək məqsədi daşıyır.

Əsəb sisteminin inkişafının pozulması nəticəsində yaranan autizmə 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəliyə üç əlamət - qarşılıqlı sosial əlaqələrin çatışmazlığı, kommunikasiyaya və maraq məhdudluğu və təkrarlanan davranış pozuntusu əsasında diaqnoz qoyulur: Autizm məhdud davranışlara aparıb çıxaran, beynin inkişafına təsir edən bir xəstəlikdir. Dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur.

Bütün dünyada olduğu kimi ölkəmizdə də autizm XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılan tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi, yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Qeyri-rəsmi statistikaya əsasən, ölkəmizdə təxminən 5 minə yaxın uşaq və yeniyetmə autizm sindromludur və onların sayı artmaqda davam edir.

Autizmi XXI əsrin ən qlobal problemlərindən hesab edirlər. Onun əlamətləri 2-3 yaşdan etibarən özünü büruzə versə də, ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Valideynlər isə həmin əlamətləri daha erkən hiss etməlidirlər.
Autizmin müxtəlif növləri var. Bunlardan ən geniş yayılmış Asperger sindromu, atipik autizm və uşaq autizmini misal çəkmək olar. Uşaq autizmi 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər bu növ üçün xarakterikdir. Onun yaranmasının dəqiq səbəbləri hələ də elmə məlum deyil. Əvvəllər bu xəstəlik valideyn tərəfindən diqqətsizlik və ya uşaqlara vurulan peyvəndlərlə əlaqələndirilirdi. Lakin aparılan araşdırmalar bunu təkzib edir. Nəsildə autizmdən əziyyət çəkənlər olduqda uşaqda da bunun olması istisna deyil, lakin bu da çox az rast gəlinən haldır. Xəstəliyin dərəcəsindən asılı olaraq həmin xəstələrin çoxu tam məhsuldar həyat sürmək qabiliyyətinə malikdir.скачать dle 10.6фильмы бесплатно


367

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.