• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Ərdoğan zəlzələ bölgəsində yaşayan vətəndaşlara çağırış edib, müxalifəti qınayıb

24-05-2023, 11:30 | Baxılıb: 22
“Ərdoğan zəlzələ bölgəsində yaşayan vətəndaşlara çağırış edib, müxalifəti qınayıb

“Prezident seçkilərinin birinci turunda gözlədikləri nəticəni əldə etmədilər deyə bəzi dairələrin ürəyi yaralı insanlarımıza qarşı nifrət dolu münasibətlərini rədd edirik”.
Diaspor.info xəbər verir ki, bunu “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib.

O, səsvermədə iştirak edən hər kəsə minnətdarlığını bildirib: “Siyasi mövqeyindən asılı olmayaraq fevralın 6-da baş verən zəlzələdən sonra seçki məntəqələrinə gedərək, seçimini demokratik yollarla edən, mövqeyini ortaya qoyan bütün qardaşlarıma səmimi qəlbdən təşəkkür edirəm. Seçki qutularında özünü göstərən iradənizin başımızın üstündə yeri var. Bizim vəzifəmiz heç bir ayrı-seçkilik etmədən sizə xidmət göstərməkdir. 21 ildir bunu edirik”.

R.T.Ərdoğan vurğulayıb ki, dövlət və xalq həmrəyliyi nəticəsində zəlzələnin vurduğu yaralar sürətlə sağalır: “Zəlzələ baş vermiş ərazilərdə 910 mindən çox çadır, 117 min konteyner qurmuşuq. Həmçinin 13 min iş yeri açılıb. Hataydakı dövlət xəstəxanası 57 gün ərzində istifadəyə verildi. Oktyabr-noyabr aylarında da, inşallah, sizi yeni evlərinizə qovuşduracağıq. Ümumilikdə 650 min mənzil inşa edəcəyik. Onların 319 mini ilk bir ildə hazır olacaq. Ürəyiniz rahat olsun, pessimistliyə qapılmayın. Şəhərlərinizə sahib çıxmağa, həyatdan 4 əllə yapışmağa davam edin. Biz yanınızdayıq”.Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcək.скачать dle 10.6фильмы бесплатно


22

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”
Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib
Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Şarl Mişel: “Azərbaycan və Ermənistan liderləri arasında bu gün keçiriləcək görüş çox vacibdir”

Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sığınacaqda yaşayan uşaqlarla görüşüb

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ombudsman Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirdə iştirak edib

Həftəsonu I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Prezident İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün təminatçı axtarır

Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb

Azərbaycanla Rusiya arasında siyasi məsləhətləşmələr keçirilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.