• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Moldova portalı Şuşada keçirilən Qlobal Media Forumu barədə geniş məqalə dərc edib

23-07-2024, 16:00 | Baxılıb: 269
“Moldova portalı Şuşada keçirilən Qlobal Media Forumu barədə geniş məqalə dərc edib

Moldovanın “Noi.md” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavabları, panel iclaslar haqqında geniş məqalə dərc edilib.
Diaspor info xəbər verir ki, yazıda dövlətimizin başçısının Ermənistanla münasibətlər, Azərbaycanın Avropanın enerji təchizatında rolu, qaz ixracının artırılması ilə bağlı fikirlərinə yeniş yer ayrılıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

Yazıda, həmçinin qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılaşdırıldığını bəyan edib. Ermənistan qeyd-şərtlərini və qondarma “Dağlıq Qarabağ”la bağlı bütün terminologiyanı geri götürmək məcburiyyətində qalıb ki, bu da normallaşmaya yol açıb. Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistanın iki şərti - Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini diqqətə çatdırdığı vurğulanıb.

Materialda, eyni zamanda, oxucuların diqqətinə çatdırılıb ki, panel iclaslarda dezinformasiya mövzusunda bəzi mətləblərə aydınlıq gətirib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla yazılıb ki, dezinformasiya yeni hadisə deyil. İnformasiya çox güclü bir vasitədir, lakin onun necə istifadə olunduğu böyük sualdır. Ən təhlükəlisi odur ki, dezinformasiya Azərbaycan xalqına qarşı manipulyasiya və psixoloji müharibə vasitəsinə çevrilib. Dezinformasiya müəyyən qrupların məqsədlərinə çatmaq üçün vasitə ola və müharibələrə səbəb ola bilər, dezinformasiyanın əsas qurbanları isə media və jurnalistlərdir.скачать dle 10.6фильмы бесплатно


269

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.