• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir

9-08-2024, 10:00 | Baxılıb: 167
“Bu gecə Rusiyanın bir neçə regionu, həmçinin Krım hücuma məruz qalıb: 4 yaşayış məntəqəsi təxliyə edilir

Ötən gecə Rusiyanın Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətləri hücuma məruz qalıb. 2014-cü ildə işğal olunmuş Sevastopol şəhərinin sahilinə isə ekipajsız katerlərin həmləsi qeydə alınıb.
Diaspor.info xəbər verir ki, bu barədə Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətlərinin qubernatorları və Sevastopol şəhərinin qondarma rəhbəri teleqramda bildiriblər.

Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Belqorod vilayətinin Ukrayna Silahlı Qüvvələrinin “kütləvi hücumuna məruz qaldığını” bildirən regionun qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini açıqlayıb. Onun sözlərinə görə, hücum nəticəsində yaralanan olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisəsinə ziyan dəyib.

Belqorod və Kursk kimi Ukrayna ilə sərhədyanı bölgədə yerləşən Bryansk vilayətinin səmasında isə dörd PUA vurulub. Qubernator regionda itki və dağıntının olmadığını bildirib.

Hazırda bir qismi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olan Kursk vilayətinin qubernatoru Aleksey Smirnov isə regionun PUA təhlükəsi altında olduğunu bildirsə də, mümkün hücumun fəsadları barədə yazmayıb. Eyni zamanda, sosial şəbəkədə regionun Rılsk rayonunda güclü yanğına dair görüntülər yayılıb. Qondarma Donetsk Xalq Respublikasının sabiq nazir müavini Daniil Bezsonov yanan obyektin hərbi texnika olmasına işarə edib: “Kolonun vurulduğu bildirilir...”.Vəziyyətin gərginləşdiyi digər regionlardan biri də Lipetsk vilayətidir. Regionun qubernatoru İqor Artamanov Lipetskin kütləvi dron hücumuna uğradığını, enerji infrastrukturu obyektinə ziyan dəydiyini açıqlayıb. Onun sözlərinə görə, elektrik verilişində pozuntular qeydə alınıb: “Mülki tikintilərdən uzaqda partlama təhlükəli obyektlərin detonasiyası olub. Bütün fövqəladə xidmətlər hadisə yerindədir. PUA-nın düşməsi nəticəsində enerji infrastrukturu obyekti zədələnib. Elektrik təchizatında fasilələr var”. O, Lipetsk dairəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edərək regionun yaşayış məntəqəsinin təxliyə edildiyini bildirib. “Partlama təhlükəli obyektlərin detonasiyasının fəsadlarını aradan qaldırmaq üçün Lipetsk bələdiyyə dairəsi ərazisində fövqəladə rejim tətbiq edilir”. Bundan başqa, sosial şəbəkədə regionun aerodromunda güclü partlayışların olduğuna dair məlumatlar yayılıb.

2014-cü ildən bəri işğal altında qalan Krım yarımadasındakı Sevastopol şəhərinin qondarma qubernatoru Mixail Razvojayev şəhərin həm sudan, həm də havadan hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, azı iki ekipajsız kater vurulub. Eyni zamanda, bir neçə hava hədəfinin zərərsizləşdirildiyini vurğulasa da, dəqiq sayını və fəsadlarını açıqlamayıb. Sosial şəbəkədə isə yarımadanın Çornomorske şəhərində partlamanın olduğu bildirilib.

Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Rusiyanın sərhəddəki müdafiə xəttini yararaq Kursk vilayətinə soxulub və bir neçə kəndi ələ keçirib. İndiyədək davam edən döyüşlərdə Rusiya ordusu qarşı tərəfi geriyə ata bilməyib. Bölgədə döyüş əməliyyatları zonasının 400 kvadrat kilometrdən artıq olduğu bildirilir.скачать dle 10.6фильмы бесплатно


167

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.