• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib

12-08-2024, 10:30 | Baxılıb: 172
“Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib

Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye Atom Elektrik Stansiyasının üzərində dünən qatı tüstü dumanı müşahidə olunub.
Diaspor.info xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ukrayna və Rusiya tərəfləri bir-birini təxribatda ittiham ediblər.

Rusiyanın versiyasına görə, yanğın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduqdan sonra baş verib.

Qondarma Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski bazar günü bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Enerqodarı atəşə tutmasından sonra Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemləri qurğusunda yanğın baş verib.

“Ukrayna Silahlı Qüvvələrinin “Enerqodar”ı atəşə tutması nəticəsində Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemləri qurğusunda yanğın baş verib və hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerində işləyirlər”, - o, teleqram kanalında yazıb.

Ukrayna tərəfdən isə əks məlumat verilib

Ukrayna tərəfinin məlumatına görə, Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının soyuducu qülləsində çoxlu sayda avtomobil təkərini yandırıblar.

Bu barədə Ukraynanın Nikopol vilayəti hərbi administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko teleqram kanalında yazıb.

Yevtuşenko qeyd edib ki, bu, onun qarşı sahildəki mənbələrdən aldığı qeyri-rəsmi məlumatdır.

Ukrayna Prezidenti Volodimir Zelenski də AES ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

O, yanğının videosunu teleqram kanalında yayımlayıb.

Prezident bildirib ki, hazırda radiasiya göstəriciləri normaldır, lakin ümumilikdə Rusiyanın AES üzərində nəzarəti saxlaması vəziyyəti normal ola bilməz.

“Zaporojye AES-in ələ keçirildiyi ilk gündən Rusiya bundan həm Ukraynanı, bütün Avropanı, həm də dünyanı şantaj etmək üçün istifadə edir, biz dünyanın, AEBA-nın reaksiyasını gözləyirik. Rusiya buna cavab verməlidir. Yalnız Ukrayna Zaporojye AES-ə nəzarət normal vəziyyətə qayıtmağa və tam təhlükəsizliyə zəmanət verə bilər”, - Prezident fikirlərini yekunlaşdırıb.скачать dle 10.6фильмы бесплатно


172

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.