• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

“Transelectrica”nın “yaşıl enerji” dəhlizi layihəsində iştirakı təsdiqlənib

13-08-2024, 12:00 | Baxılıb: 217
““Transelectrica”nın “yaşıl enerji” dəhlizi layihəsində iştirakı təsdiqlənib

Rumıniyanın “Transelectrica” elektrik şəbəkəsi operatorunun səhmdarları şirkətin Qara dənizin dibi ilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması layihəsində iştirakını təsdiqləyiblər.
Diaspor.info bu barədə Rumıniya mətbuatına istinadən xəbər verir.

Hökumətin nəzarətində olan “Transelectrica” şirkətinin (58%) səhmdarları şirkətin Qara dənizdən keçərək Macarıstana çatacaq 1200 km uzunluğunda sualtı kabel vasitəsilə Xəzər dənizi regionundan "yaşıl" və sərfəli elektrik enerjisi təchizatını nəzərdə tutan layihədə iştirakını təsdiqləyiblər”, – məlumatda bildirilib.

“Rumıniya üçün enerji sistemlərinin birləşməsi yeni bazara çıxış, milli enerji sisteminin təhlükəsizliyinin gücləndirilməsi, orta və uzunmüddətli perspektivdə isə bütün rumınlar üçün daha münasib qiymətə ekoloji cəhətdən təmiz enerji deməkdir”, - Rumıniyanın energetika naziri Sebastyan Burduja daha əvvəl söyləyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1,195 min km-dir. 2023-cü ilin iyun ayında Bolqarıstanın layihəyə qoşulduğu elan edilib.

2024-cü ilin may ayında “Transelectrica” və layihədə iştirak edən digər ölkələrin tərəfdaş operatorları olan “AzərEnerji” (Azərbaycan), “Georgian State Electrosystem” (Gürcüstan) və MVM (Macarıstan) arasında layihə üzrə şirkətin yaradılması haqqında memorandum imzalanıb. Adı hələlik məlum olmayan yeni birgə müəssisənin baş ofisi Buxarestdə yerləşəcək.

Kabel Azərbaycanda istehsal edilən “yaşıl elektrik enerjisi”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulub. Kabel 3-4 il ərzində çəkiləcək.

Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.скачать dle 10.6фильмы бесплатно


217

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib
Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir
ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Ombudsman Səbinə Əliyevanın sədrliyi ilə BDU-nun Hüquq fakültəsində magistrantların dissertasiya müdafiəsi keçirilib

Mərakeşli jurnalistlər ölkəmizdə səfərdədir

ABŞ-də yaşayan azərbaycanlı mədəniyyət xadimlərinə medal təqdim edilib

Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib

Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin ikinci qurultayı keçirilib

Baş Prokurorluq: Hüseyn Səfərov Rusiya daxili işlər orqanlarının inzibati binasında, qardaşı isə əməliyyatı keçirən qurumların avtomobilində ölüb

İlqar Səfərov: Rusiyada baş verən hadisəyə reaksiya verilməsi vəzifə borclarımızdan biridir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.