• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

NYT: Zelenski vergi artımına görə xalqın qəzəbinə tuş gələcək

11-10-2024, 12:30 | Baxılıb: 242
“NYT: Zelenski vergi artımına görə xalqın qəzəbinə tuş gələcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə vergilərin artırılması ilə bağlı qanuna görə xalqın qəzəbi ilə üzləşə bilər.
Diaspor.info xəbər verir ki, bu fikri “The New York Times” bildirib.

Qeyd olunub ki, Avropadan qayıtdıqdan sonra Zelenski çox güman ki, Ukrayna əhalisinin narazılığı ilə üzləşməli olacaq, çünki vergilərin artırılması həmişə qeyri-populyar tədbirdir və iqtisadiyyatı müharibə nəticəsində dağılmış ölkədə belə bir addım xüsusilə xoşagəlməzdir.

Ukraynanın bir neçə sakininin nəşrə verdiyi məlumata görə, onlar dövlətə daxil olan vəsaitin oğurlanacağından qorxurlar. Ukrayna hakimiyyəti vergilərin və aksizlərin artırılmasının qaçılmaz olduğunu və bu tədbirə alternativ olmadığını dəfələrlə etiraf edib.

Belə ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcəni ödəyə bilər, qalan hər şey onun müttəfiqlərinin köməyi ilə maliyyələşir. Amma buna baxmayaraq, büdcənin doldurulması problemi Ukrayna hakimiyyəti üçün getdikcə daha da aktuallaşır.

Hökumət 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsiri özündə əks etdirən 2025-ci il üçün büdcə layihəsini Radaya təqdim edib və milli valyutanın məzənnəsinin bir dollar üçün 45 qrivenə endirilməsi planlaşdırılır.

“RBC-Ukrayna” sənədin təhlili əsasında qeyd edib ki, gələn ilin sonuna ölkənin dövlət borcu ÜDM-in 101,8%-ni təşkil edəcək və 34,8 milyard dollar xarici kreditlərin cəlb edilməsi planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно

242

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.