• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Rusiya XİN: Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb

16-11-2024, 14:00 | Baxılıb: 325
“Rusiya XİN: Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin müxtəlif səviyyələrdə bütün formatlardan uzaqlaşdığını göstərir.
Diaspor.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə Ermənistanın noyabrın 28-də KTMT sammitində iştirak etmək imkanı ilə bağlı suala cavabında bildirib.

"Sualı Ermənistan tərəfinə ünvanlayın. Lakin Ermənistan tərəfinin bəyanatlarından görünür ki, hazırkı mərhələdə KTMT-nin müxtəlif səviyyələrdə bütün fəaliyyət formatlarında iştirakdan uzaqlaşır", - deyə Pankin cavab verib.

Qreyd edək ki, sammit Astanada keçiriləcək və burada Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramının təsdiqlənməsi gözlənilir. Proqram bir neçə il üçün nəzərdə tutulub və bir sıra mərhələləri əhatə edir: imkanların dəqiqləşdirilməsi, praktiki icra, sərhədin bütün sahəsində reallaşdırma. O həmçinin təchiz edilən silahların nomenklaturasının düzəldilməsi imkanını nəzərdə tutur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, "KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır".

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələlərinə dair beynəlxalq forumda bildirib ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayır.
скачать dle 10.6фильмы бесплатно


325

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.