Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 17-də ABŞ Prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.
Diaspor info xəbər verir ki, Zelenski bu barədə “Obşçestvennoye” nəşrinin Tramp ilə ayrıca görüşün mümkünlüyünə dair sualını cavablandırarkən danışıb.
“Komandalarımız gün ərzində müxtəlif səviyyələrdə görüşəcəklər. Düşünürəm ki, prezidentlə ayrıca görüşəcəyik”, – deyə o bildirib.
Zelenski daha əvvəl G7 sammiti çərçivəsində ABŞ liderindən ballistik raketlərin tutulması sistemlərinin istehsalı üçün lisenziya istədiyini, lakin bu məsələ ilə bağlı qəti cavab almadığını söyləmişdi.
22