• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Bu gün, 11:00 | Baxılıb: 30
“Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib.

Diaspor info xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı.

ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı Birləşmiş Ştatlara səfərlərini və Donald Trampla görüşlərini, həmçinin Vitse-prezident Cey. Di. Vensin ölkəmizə səfərini məmnunluqla xatırladı, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasını münasibətlərimizin genişləndirilməsi baxımından tarixi rola malik olduğunu qeyd etdi.

Söhbət zamanı Abraham Hamadenin ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi ilə bağlı irəli sürülmüş qanun layihəsinə həmmüəllif olmasının əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev Abraham Hamadenin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin coğrafi baxımdan çox nadir bir məkanda yerləşdiyini dedi.

O, həmçinin Azərbaycanda UFC və Formula-1 kimi mötəbər idman yarışlarının keçirildiyini də vurğuladı.

Söhbət zamanı Azərbaycan və ABŞ prezidentlərinin strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərinə toxunularaq, hər iki liderin dövlətlərarası münasibətlərimizin inkişafına böyük önəm verdikləri qeyd olundu.

Donald Trampın Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında rolu xüsusi vurğulandı, regional nəqliyyat bağlantılarının inkişafı baxımından TRIPP dəhlizinin yaradacağı imkanlara toxunuldu.

Görüşdə ölkəmizlə ABŞ Konqresi arasında dialoqun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, Azərbaycan-ABŞ tərəfdaşlığının perspektivləri müzakirə olundu.скачать dle 10.6фильмы бесплатно


30

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü
Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Azərbaycan XİN İslandiyanı təbrik edib
Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Azərbaycan XİN İslandiyanı təbrik edib

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Baş nazir: Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir

Müəllimlərin sertifikasiya imtahanları başlayıb

Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.