• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Baş nazir: Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir

Bu gün, 10:30 | Baxılıb: 23
“Baş nazir: Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir

Azərbaycan ardıcıl olaraq açıq iqtisadiyyat və sahibkarlıq fəaliyyətinin təşviqi siyasətini həyata keçirir.

Diaspor info xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda deyib.

Hökumət başçısı vurğulayıb ki, son 20 il ərzində ölkə iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da demək olar ki, yarısı xarici investisiyaların payına düşüb.

"Ölkədə investorların hüquqlarının etibarlı müdafiəsini, investisiyaların toxunulmazlığı zəmanətini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şərtləri təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın mühüm rəqabət üstünlüyü onun Avrasiyanın əsas nəqliyyat marşrutlarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyidir. Ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri ölkəmizi regionun ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevirib", - deyə o bildirib.

Ə.Əsədov həmçinin qeyd edib ki, hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yolu və avtomobil magistrallarının inkişafına böyük həcmdə maliyyə vəsaiti yatırmağa davam edir, bu isə "regional əlaqələrin möhkəmləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə töhfə verir".

Onun sözlərinə görə, yaşıl energetikanın inkişaf etdirilməsi də investisiyalar üçün perspektivli istiqamətdir: "Azərbaycan qarşısına milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaqla bağlı iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sahəsində irimiqyaslı layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılır".скачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü
Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Azərbaycan XİN İslandiyanı təbrik edib
Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü

Füzuli, Ağdam və Cəbrayıl rayonlarının Mərkəzi xəstəxanalarının tikintisi davam etdirilir

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiq edilməsinə sentyabrın 1-dən başlanılacaq

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Azərbaycan XİN İslandiyanı təbrik edib

Əli Əsədov: Birgə investisiya fondları əməkdaşlığın inkişafı üçün səmərəli alətdir

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Baş nazir: Azərbaycan açıq iqtisadiyyat və biznesin təşviqi siyasətini həyata keçirir

Müəllimlərin sertifikasiya imtahanları başlayıb

Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.