Dünyanın ən hündür binasının ən yüksək nöqtəsi rekord qiymətə satışa çıxarılıb. Dubayda yerləşən və dünyanın ən uzun bina rekordunun sahibi Bürc Xəlifənin ən yüksək nöqtəsi satışa çıxarılıb.
Hündürlüyü 828 metr və Nyu Yorkdakı Empire State göydələninin iki qat hündürlüyündə olan Bürc Xəlifə müşahidə qülləsi də daxil olmaqla 1 milyard dollara yeni alıcısını gözləyir.
Birləşmiş Ərəb Əmirliklərində yerləşən Emaar Properties əmlak şirkətinin satışa çıxardığı müşahidə qülləsini ildə 16 milyon turistin ziyarət etdiyini və 190 milyon dollar gəlir gətirdiyi bildirilib.
160 mərtəbəli Bürc Xəlifə dünyanın ən hündür binası ünvanını 2010-cu ildən bu yana tutub.
486