Yaponiyanın şərq sahillərində 6,4 bal gücündə zəlzələ baş verib
Aprelin 20-də Yaponiyanın şərq sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla səhər saat 5:42-də qeydə alınan yeraltı təkanların episentri Hönşü adasında yerləşən Ofunato şəhərindən 33 kilometr cənub-şərqdə, ocağı 41,7 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
277