Konqoda xəstəxanalardan birindən ebola virusuna yoluxmuş xəstə qaçıb
Konqo Demokratik Respublikasının şərqində yerləşən xəstəxanalardan birindən ebola virusuna yoluxmuş xəstə qaçıb.
DİASPOR.İNFO "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Qeyd edilib ki, aprelin 13-də Konqoda ebola üzərində tam qələbənin elan olunacağı gözlənilirdi. Lakin sözügedən virusdan müalicə olunan sonuncu xəstənin sağalmasından 52 gün sonra - aprelin 10-da ölkədə yeni bir yoluxma hadisəsi qeydə alınıb.
Hazırda ölkədə ebolaya yoluxmuş 6 yeni hadisə təsdiqlənib. Aprelin 10-dan etibarən bu virusdan 2 nəfərin öldüyü bildirilib.
344