Luiş Fiqu: "Mançini karyeramda məni aşağılayan şəxsdir"
"İnter"in sabiq futbolçusu Luiş Fiqu komandanın sabiq baş məşqçisi Roberto Mançini ilə aralarında olan soyuq münasibətlər barədə danışıb. Diaspor.info "sports.ru" saytına istinadən xəbər verir ki, o, italiyalı mütəxəssis tərəfindən aşağılandığını söyləyib: "Əvvəlcə hər şey yaxşı idi. Amma zamanla məşqçinin mənə münasibəti dəyişdi. Biz insan kimi bir-birimizi başa düşməməyə başladıq. Mançini karyeramda məni aşağılayan şəxsdir. "İnter"də oynayanda əzab çəkirdim. Mənim o zaman 20 deyil, 34-35 yaşım vardı. Olmaması gərəkən vəziyyətlər yaranırdı. 85 dəqiqə hazırlaşıb, sonra 5 dəqiqə meydanda olmaq normal deyildi. İnsanlara hörmətlə yanaşmaq lazımdır". Xatırladaq ki, Fiqu 2005-2008-ci illərdə "İnter"də oynayıb.