“Trabzonspor” klubu futbolçusu Joao Pereyra ilə müqaviləni uzadıb
Türkiyənin “Trabzonspor” klubu futbolçusu Joao Pereyra ilə müqaviləni uzadıb.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
36 yaşlı müdafiəçinin sözləşməsinin müddəti daha bir il artırılıb. O, 2020/21 mövsümü üçün 500 min avro qazanacaq.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü 2017-ci ildən “Trabzonspor”da çıxış edir.
334