Braziliyada ötən sutka ərzində daha 70 074 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
DİASPOR İNFO xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 552 265 nəfər yoluxub. Bu müddət ərzində 90 134 koronaviruslu xəstə dünyasını dəyişib, ötən sutkada isə bu rəqəm 1595 nəfər olub.
Həmçinin bu günədək 1 922 802 xəstə müalicə olunaraq sağalıb.
398