Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "Beynəlxalq STEAM Azərbaycan Festivalı - 2022" keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Diaspor info-ya bildirilib ki, universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbə heyəti "Smart tipli otbiçən" layihəsi ilə festivala qatılıb.
Festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunub. Naxçıvan Dövlət Universitetinin heyəti festivalın innovativ sərgisində fəal iştiraklarına görə kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıb.
293