• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir

21-01-2023, 12:00 | Baxılıb: 23
“Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək.

DİM-dən Diaspor info-ya bildirilib ki, sınaq imtahanına qeydiyyat yanvarın 29-u saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.скачать dle 10.6фильмы бесплатно


23

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"
UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Ərdoğan: "İsveçin NATO-ya üzvlüyünə icazə verməyəcəyik"

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.