• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

14-07-2023, 09:00 | Baxılıb: 244
“AMEA Beynəlxalq Elmi Şuraya tamhüquqlu üzv qəbul edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Beynəlxalq Elmi Şuraya (İSC) tamhüquqlu üzv qəbul edilib.

Diaspor info-xəbər verir ki, bu barədə Akademiyanın Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.
O qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrinin elmi mərkəzləri və ali təhsil müəssisələri, o cümlədən nüfuzlu beynəlxalq elmi təşkilatları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq miqyasda təbliği hazırda Azərbaycan Milli Elmlər Akademiyasındakı islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Diqqətə çatdırıb ki, ötən ilin sonlarından aparılan məqsədyönlü fəaliyyət sayəsində artıq AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasına (AASSA), Avrasiya Universitetlər Birliyinə (EURAS) üzvlüyə qəbul edilib.
AMEA rəhbəri bu tədbirlərin davamı olaraq, bu günlərdə Akademiyanın nüfuzlu Beynəlxalq Elmi Şuraya (İSC) tam hüquqlu üzv qəbul olunduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Beynəlxalq Elmi Şura (İSC) təbiət və sosial elmlərə aid birlik və assosiasiyalar, akademiyalar və tədqiqat şuraları kimi milli və regional elmi şuralar da daxil olmaqla, 250-dən çox elmi təşkilatı öz tərkibində birləşdirən dünyada tanınan nüfuzlu bir qurumdur.Şuranın prezidenti Peter Gulicmanın 4 iyul 2023-cü il tarixində AMEA-nın rəhbərliyinə məktubla müraciət edərək Akademiyanın İSC-nin tam hüquqlu üzvlüyünə qəbul edilməsi barədə məlumat verdiyini deyən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, qurumun Əsasnaməsinə uyğun olaraq AMEA qarşıdan gələn bütün səsvermə prosedurlarında tam hüquqla iştirak etmək statusuna malikdir. Məktubda Beynəlxalq Elmi Şuranın işində və fəaliyyətində iştiraka görə İdarə Heyəti adından Azərbaycan Milli Elmlər Akademiyasına səmimi təşəkkür edilmiş, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə inam ifadə edilmişdir.
Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Beynəlxalq Dünya Elmlər Akademiyasına üzvlüyü ilə bağlı məsələnin də yekunlaşmaq üzrə olduğunu söyləyib. Qeyd edib ki, AMEA sözügedən təşkilatlara üzv olmaqla ölkəmizin mənafelərini beynəlxalq elmi müstəvidə qoruyur və dünya elm məkanında qərarların qəbulunda birbaşa iştirak etmiş olur.
Daha sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən Akademiyanın elmi müəssisə və təşkilatlarına İSC ilə əməkdaşlıq çərçivəsində müvafiq elmi və elmi-təşkilati fəaliyyət istiqamətlərinə uyğun tədbirlərin həyata keçirilməsi tapşırılıb.скачать dle 10.6фильмы бесплатно


244

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.