Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə şəhər və rayon təhsil şöbələrində dəstək mərkəzləri yaradılıb.
Nazirliyin mətbuat xidmətindən Diaspor.info-ya verilən məlumata görə, mərkəzlərdə ödənişsiz məsləhət xidməti, ixtisaslar haqqında məlumat və peşəkarlar tərəfindən ixtisas seçiminə dəstək göstəriləcəkdir.
116